Bakı metrosunda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldü

  • Müəllif: Firuzə
  • 19 Fevral 2026 09:14

Bakı metropoliteninin “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş verdiyi üçün sərnişinlər düşürülərək qatar baxış üçün “Dərnəgül” stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.

Bu barədə Gununsesi.info-ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Belə ki, dərhal “Nərimanov” elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb.

Məhz buna görə də “Dərnəgül-Nərimanov” sahəsində interval fərqi yaranıb.

Gununsesi.info