Leyla Əliyeva Vətən müharibəsi qazisi ilə görüşüb — FOTOLAR

  • Müəllif: Firuzə
  • 26 Fevral 2026 19:19

Leyla Əliyeva qızı Əminə ilə Sumqayıtda II Qarabağ Müharibəsi iştirakçısı Rəvan Əzizova baş çəkib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşım edib.

Qeyd edək ki, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən qazimiz Murovdağda mərmi partlayışı nəticəsində yaralanıb.

Xatırladaq ki, Mehriban Əliyevanın tapşırığı ilə onun müayinə, müalicə və reabilitasiyası Heydər Əliyev Fondu tərəfindən qarşılanıb.

 






Gununsesi.info