Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

  • Müəllif: Firuzə
  • 26 Fevral 2026 19:53

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

Gununsesi.info xəbər verir ki, prezident bu barədə “X” sosial media hesabında yazıb.

“Xocalı qətliamının 34-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaş-bacılarımızı rəhmət və dərin hüznlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

Ağrısını hər zaman qəlbimizin ən dərinində hiss edəcəyimiz bu insanlıqdan uzaq qətliamı heç vaxt unutmayacağıq”, – paylaşımda qeyd olunub.

Gununsesi.info