İranın Bakıdakı səfirliyi Azərbaycandakı vətəndaşlarına müraciət etdi

  • Müəllif: Firuzə
  • 28 Fevral 2026 14:32

İranın Bakıdakı Səfirliyi İranda baş verən hadisələrlə bağlı Azərbaycandakı İran vətəndaşlarına müraciət edib.

Gununsesi.info  xəbər verir ki, müraciətdə İranın hücumlara məruz qaldığı vurğulanıb:

“İranın Azərbaycandakı Səfirliyi həmvətənləri sakitliyi və təmkinliyi qorumağa çağırır. Səfirliyin bütün strukturlarının, o cümlədən konsulluq şöbəsinin gündəlik fəaliyyəti normal qaydada davam etdirilir”.

Gununsesi.info