Tramp İrandan qeyd-şərtsiz kapitulyasiya tələb etdi

  • Müəllif: Firuzə
  • 06 Mart 2026 19:37

İranla qeydsiz-şərtsiz kapitulyasiyadan başqa heç bir razılaşma olmayacaq,

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

“İranla qeyd-şərtsiz kapitulyasiyadan başqa heç bir razılaşma olmayacaq! Bundan sonra və layiqli lider(lər)in seçilməsindən sonra biz və bir çox müttəfiqlərimiz, tərəfdaşlarımız İranı məhv olmaq astanasından geri çəkmək üçün yorulmadan çalışacağıq, onu iqtisadi cəhətdən əvvəlkindən daha böyük, yaxşı və güclü edəcəyik. İranın böyük gələcəyi olacaq. “İranı yenidən böyük edək (MIGA!)”. Bu məsələyə diqqətiniz üçün təşəkkür edirəm!”, – o vurğulayıb./Report

Gununsesi.info