Goranboyda qadın dəm qazından boğularaq ÖLDÜ

  • Müəllif: Firuzə
  • 08 Mart 2026 21:18

Goranboyda zəhərlənmə hadisəsi baş verib.

Gununsesi.info APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1995-ci il təvəllüdlü G.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib. Qadın xəstəxanaya çatırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info