Azərbaycanlı gənc Amerikada itkin düşüb

  • Müəllif: Orxan
  • 23 Mart 2026 10:53

Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı gənc itkin düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə gəncin yaxınları sosial şəbəkələrdə məlumat yayıb.

Bayramzadə Ömər Yaşar oğlu 3 həftə əvvəl Kolumbus şəhərindəki evdən çıxıb. Bu günə qədər Ömərdən xəbər yoxdur.

Hazırda onun axtarışları hüquq-mühafizə orqanları tərəfindən aparılır. Yaxınları gənci görənlərdən ABŞ-də aktiv olan 612 972 2860 nömrəsinə məlumat vermələrini xahiş edirlər.