Hesabat ili ərzində Hesablama Palatası tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun olaraq satınalmalar həyata keçirilib.
Gununsesi.info-nun məlumatıa görə, tətbiq olunan satınalma metodları əsasında ümumi dəyəri 488,5 min manat olan 23 müqavilə bağlanıb.
Bununla yanaşı, bir istiqamət üzrə kotirovka sorğusu üsulu ilə çərçivə sazişi imzalanıb. Həmin saziş çərçivəsində bağlanan sadə müqavilələrin ümumi məbləği 17,4 min manat təşkil edib.
Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş satınalma metodlarından istifadə olunmaqla bağlanmış müqavilələrin ümumi həcmi 505,9 min manata çatıb.
Qeyd edək ki, bağlanan müqavilələrin 16-sı rəqabətli satınalma metodları əsasında həyata keçirilib ki, bu da satınalma prosesində rəqabət elementlərinin müəyyən səviyyədə təmin olunduğunu göstərir.
Orxan










