“Tramp bütün Avropaya zərbə vurmaq istəyir”

  • Müəllif: Firuzə
  • 04 May 2026 09:52

“ABŞ Prezidenti Donald Trampın elan etdiyi Aİ avtomobillərinə tariflərin artırılması bütün Avropaya zərbədir”.

Gununsesi.info  xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merts deyib.

O qeyd edib ki, ABŞ-nin yeni idxal rüsumlarını konkret olaraq Almaniyaya qarşı yönəlmiş tədbir kimi görmür.

“Tramp bütün Avropaya zərbə vurmaq istəyir”, – Merts qeyd edib.

Qeyd edək ki, Tramp mayın 1-də ABŞ bazarına idxal olunan avtomobillər və yük maşınlarına tətbiq edilən gömrük rüsumunu 25%-ə qaldıracağını bəyan etmişdi.

Gununsesi.info