İranın yeni ali lideri Müctəba Xameneinin bir müddət əvvəl baş vermiş hava hücumu zamanı aldığı xəsarətlərin böyük ölçüdə bərpa olunduğu bildirilir.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Al Araby” telekanalı hökumət müşavirələrinin koordinatoru Məzahər Hüseyniyə istinadən yayıb.
Onun sözlərinə görə, M. Xamenei cari ilin 28 fevral tarixində İsrail və ABŞ-nin İrana qarşı həyata keçirdiyi birgə hərbi əməliyyat zamanı yaralanıb:
Xatırladaq ki, sözügedən hücum nəticəsində ölkənin sabiq rəhbəri, Müctəbanın atası Əli Xamenei və həyat yoldaşı həlak olmuşdu.
“The Wall Street Journal” nəşri diqqəti ona çəkib ki, bu, Tehranın yeni ali rəhbərin yaralanması ilə bağlı detalları ilk dəfə ictimaiyyətə açıqlamasıdır. Qeyd olunur ki, Müctəba Xamenei xəsarət almasına baxmayaraq, hazırda rəsmi Tehranın hərbi qərarlarının qəbul edilməsində həlledici rolunu qoruyub saxlayır.












