Konstitusiya Məhkəməsinin keçmiş sədr müavini də vəkil oldu

Xəbər verdiyimiz kimi, bu gün Vəkillər Kollegiyasında bir qrup şəxs vəkil kimi təsdiqlənib.

Gununsesi.info-nun əldə etdiyi özəl məlumata görə, onlar arasında Konstitusiya Məhkəməsinin keçmiş sədr müavini Sona Salmanova da var.

Belə ki, Sona Salmanova artıq bu gündən vəkil olaraq fəaliyyətə başlayır.

Qeyd edək ki, Sona Salmanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sabiq rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanovun həyat yoldaşıdır.

Elmar

Gununsesi.info