Vladimir Putinlə görüş baş tutacaq — Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Rusiya Prezidenti Vladimir Putinlə görüşünün baş tutacağına əminliyini ifadə edib.

Gununsesi.info  xəbər verir ki, Nikol Paşinyan bu barədə rəhbəri olduğu “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Görüşün vaxtı ilə bağlı danışan Baş nazir qeyd edib:

“Əvvəlcədən planlaşdırılmış konkret bir görüş olmayıb. Lakin yaxın gələcəkdə bu görüşün baş tutacağına tam əminəm. Rusiyanın Ermənistan mallarına tətbiq etdiyi məhdudiyyətlər problemini də diqqətdə saxlayırıq. Bu məsələni cari ilin avqust ayında keçirilməsi planlaşdırılan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclası çərçivəsində rusiyalı həmkarım ilə də müzakirə edəcəyəm”.

Gununsesi.info