“Bu gün zərbəyə məruz qalan Rusiyanın Omsk şəhəri Ukrayna ilə sərhəddən təxminən 2 500 kilometr məsafədə yerləşir.
Gununsesi.info xəbər verir ki, bu sözləri siyasi şərhçi Kamran Cəfərov deyib.
Onun sözlərinə görə, müqayisə üçün qeyd etmək olar ki, Bakı ilə Berlin arasındakı məsafə də təxminən 2 500 kilometrdir.
K. Cəfərovun fikrincə, bu qədər dərinlikdə yerləşən strateji obyektlərə uğurlu zərbələrin endirilməsində əsas amillərdən biri Ukraynanın ABŞ və Fransadan aldığı aerokosmik kəşfiyyat dəstəyidir.
Politoloq qeyd edib ki, ABŞ və Fransanın təqdim etdiyi peyk və digər aerokosmik kəşfiyyat məlumatları Rusiya hava hücumundan müdafiə sistemlərindəki boşluqların müəyyən edilməsinə, eləcə də uçuş marşrutlarının daha dəqiq planlaşdırılmasına imkan yaradır.
Elmar
Gununsesi.info












