Deputat dünyəvi dövlət prinsipi ilə bağlı xəbərdarlıq etdi

  • By Admin2
  • 07 İyul 2026 13:15

Azərbaycanda dünyəvi dövlət prinsipi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

Milli Məclisin deputatı Fazil Mustafa bu prinsipin qorunmasının ölkənin unitar dövlət quruluşunun qorunması qədər vacib olduğunu bildirib.

Onun sözlərinə görə, son dövrlərdə dini ideoloji təsirlərin müxtəlif formalarda artması və bunun ictimai həyatda özünü göstərməsi narahatlıq doğurur.

Deputat hesab edir ki, həm qanunvericilikdə, həm də informasiya təhlükəsizliyi sahəsində görüləcək tədbirlər hazırlanarkən dünyəvi dövlət prinsipi əsas prioritetlərdən biri kimi nəzərə alınmalıdır.

“Dünyəvi dövlət prinsipinin qorunması unitar dövlət qədər önəmlidir”,- deyə o qeyd edib.

Deputat həmçinin deyib:

“Bu cür hallara artıq ölkə daxilində də rast gəlinir. O, yaxın vaxtlarda keçirilən qaydasız döyüş yarışını nümunə göstərərək bildirib ki, Azərbaycanı təmsil edən idmançı meydana milli musiqi əvəzinə mərsiyə sədaları altında çıxıb, zalı da həmin sədalara qoşaraq dini ideoloji təbliğat aparıb. İdmançı qələbədən sonra da Azərbaycan bayrağını deyil, bəzi ölkələrdə populyar olan dini ideoloji şüarlar səsləndirib”.

Deputat vurğulayıb ki, bu cür halların artması gələcəkdə Azərbaycanın dünyəvi dövlət mahiyyətinin və prinsiplərinin zədələnməsinə səbəb ola bilər.

Orxan

Gununsesi.info