ABŞ Prezidenti Donald Tramp NATO-nun Ankarada keçirilən sammitinə yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hörmət etdiyi üçün gedib.
Gununsesi.info xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
“Mən Ərdoğanı dəstəkləyirəm”, – deyə Tramp Türkiyə prezidentini “dost” və “hörmətli lider” adlandırıb. ABŞ prezidenti həmçinin qeyd edib ki, iki ölkə müdafiə sahəsində əməkdaşlığı dərinləşdirə bilər.
Telekanal xatırladıb ki, Tramp daha əvvəl də Türkiyə liderini öz dostu hesab etdiyini bildirib. CNN-in mənbəsi qeyd edib ki, ABŞ Prezidentinə və onun komanda üzvlərinə qapalı şəkildə bildirilib ki, sammitdə iştirakdan imtina Ərdoğana hörmətsizlik kimi qiymətləndiriləcək.
Bununla yanaşı, ABŞ lideri əvvəlcə müttəfiqləri ilə görüşə şübhə ilə yanaşıb. Səbəb isə bir çox NATO ölkəsinin İranla müharibədə ABŞ-ı dəstəkləməməsi ilə bağlı narazılığı olub. Bu baxımdan CNN mənbələri Prezidentin “pis əhval-ruhiyyəsini” nəzərə alaraq sammitin problemsiz keçəcəyinə əmin olmadıqlarını bildiriblər.
Tramp bu gün Ankarada olacaq. Türkiyə tərəfi onun üçün yüksək səviyyəli rəsmi qarşılanma mərasimi hazırlayıb.
Yerli müşahidəçilərin fikrincə, Ərdoğan və Tramp danışıqlardan sonra ayrıca mətbuat konfransı keçirə bilərlər.
NATO sammiti 7-8 iyul tarixlərində Ankarada keçiriləcək. Tramp dünya liderləri ilə görüşlər keçirəcək. Təhlükəsizlik məsələləri və regional münaqişələr sammitin gündəliyində əsas mövzular olacaq.












