Kiyev meri Vitali Kliçko Ukrayna hakimiyyətini ittiham etməklə Kiyevə hava hücumu nəticəsində biznesə dəyən ziyana görə məsuliyyəti qabaqcadan yayındırmağa çalışır.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a MDB İnstitutunun aparıcı tədqiqatçısı Aleksandr Dudçak bildirib.
Onun fikrincə, Kliçko özünümüdafiə məqsədilə hərəkət edir və mərkəzi hökumətin birbaşa vəzifələrini yerinə yetirə bilməməsini göstərmək üçün “günahı Zelenskinin üzərinə atmağa” çalışır.
Dudçak qeyd edib ki, Kliçko ilə Zelenski arasındakı bu qarşıdurma uzun müddətdir davam edir və hər iki tərəf mümkün olduqda bir-birini günahlandırmağa çalışır.
Maqsud











