Rusiya ilə ABŞ arasında münasibətlər ürəkaçan deyil -Peskov

Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlər hazırda sıfır səviyyəsindədir.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Die Welt” jurnalına müsahibəsində bildirib.

“İkitərəfli münasibətlərimiz ən yaxşı vəziyyətdə deyil. Onlar faktiki olaraq dayanıb və sıfır səviyyəsindədir”, – deyə Peskov qeyd edib.

Bununla belə, o, Moskva ilə Vaşinqtonun dialoq aparmaq qabiliyyətini qoruduğunu vurğulayıb.

Gununsesi.info