NATO Ukraynaya 140 milyard avroluq hərbi yardım paketini təsdiqlədi

NATO-ya üzv ölkələrin liderləri Türkiyənin paytaxtı Ankarada keçirilən sammitdə Ukraynaya 2026 və 2027-ci illər üçün ümumilikdə 140 milyard avro (təxminən 160 milyard dollar) dəyərində nəhəng hərbi yardım paketi ayrılmasını rəsmən təsdiqləyiblər.

Gununsesi.info  xəbər verir ki, sammitin yekununda qəbul edilən birgə bəyannamədə Ukraynanın transatlantik təhlükəsizliyə verdiyi töhfə xüsusi qeyd olunub:

“Ukrayna transatlantik təhlükəsizliyə birbaşa töhfə verir və müttəfiqlər Kiyevə olan sarsılmaz dəstəklərində tam həmrəydirlər”.

Rəsmi sənəddə maliyyələşmənin illər üzrə bölgüsü də əksini tapıb: “Müttəfiqlər bu il hərbi texnika, birbaşa yardım və təlimlər üçün 70 milyard avro ayırmağı öhdələrinə götürürlər.

Eyni zamanda, 2027-ci ilə qədər də ən azı bu səviyyədə dəstəyin davam etdirilməsi öhdəliyini bir daha təsdiqləyirlər”.

Gununsesi.info