Türkmənistan Azərbaycanda yeni səfirlik binası tikəcək

  • By Admin2
  • 10 İyul 2026 13:28

Türkmənistanın Azərbaycandakı səfirliyinin yeni binası tikiləcək.

Gununsesi.info xəbər verir ki, Türkmənistanın Tikinti və Memarlıq Nazirliyi yeni inzibati binasının tikintisi ilə bağlı beynəlxalq müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək istəyən şirkət və təşkilatların müraciətləri Türkmənistanın Tikinti və Memarlıq Nazirliyinin Marketinq və Xarici İqtisadi Əlaqələr İdarəsi tərəfindən qəbul ediləcək.

Bildirilib ki, müraciət və təkliflər 2026-cı il avqustun 19-dək müəyyən olunmuş qaydada qəbul edilərək qeydiyyata alınacaq.

Müsabiqə ilə bağlı sənədlər Aşqabad şəhəri, Arçabil prospekti 84 ünvanında yerləşən Türkmənistanın Tikinti və Memarlıq Nazirliyinə təqdim edilməlidir.

Gununsesi.info