Qanunsuz ağac kəsilməsi nəticəsində yaşıllıqlara 36 min manatdan çox ziyan dəyib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və İsmayıllı rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar edilib.

Gununsesi.info xəbər verir ki, araşdırma zamanı Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsində, Xətai rayonu, Qədir Məmmədov küçəsi 54 ünvanında, eləcə də İsmayıllı rayonunun Sərdəhar və Qaraqaya kəndləri yaxınlığındakı ərazilərdə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 36 610 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib.

 

Gununsesi.info