Rəsmi məlumatlara əsasən, iyunun sonlarında Qərbi Avropanı bürüyən rekord istilik dalğası zamanı Avropa ölkələrində 10 mindən çox əlavə ölüm qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, EuroMOMO şəbəkəsinin məlumatlarına görə, ölənlərin 9 mindən çoxunun yaşı 65 və yuxarı olub.
Bu şəbəkəni Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti üzrə Avropa Mərkəzi (ECDC) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dəstəkləyir.
Həddən çox istilik ölümə səbəb ola, ürək-damar və tənəffüs sistemi xəstəliklərini ağırlaşdıra bilər. Yaşlı insanlar bu baxımdan ən həssas qruplardan sayılır.












