Rusiya prezidentliyinə keçmiş namizəd Boris Nadejdin (Rusiya Federasiyası tərəfindən xarici agent kimi tanınır) polis tərəfindən saxlanılıb və Moskva yaxınlığındakı Dolqoprudnı şəhərindəki polis bölməsinə aparılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə siyasətçinin Telegram kanalında məlumat verilib.
Buna səbəb kimi siyasətçinin digər xarici agentlərdən və arzuolunmaz təşkilatlardan materialların yaradılmasında və yayılmasında iştirak etməsi, hökumət və seçki sistemi haqqında yalan məlumatlar yayması və razılaşdırılmamış ictimai tədbirlərdə iştirak etməyə çağırması göstərilib.
Maqsud










