Millət vəkili Fazil Mustafa yaradıcılıq sahələri, cəmiyyətin mühafizəkar yanaşmaları və fikir azadlığı ilə bağlı fikirlərini bölüşüb.
Gununsesi.info-nun xəbərinə görə, Fazil Mustafa qeyd edib ki, ədəbiyyat, elm, kino, teatr, rəsm, musiqi, fəlsəfə və sosiologiya kimi sahələr yaradıcılıq fantaziyasına açıqdır və istedadlı insanlar öz ideyalarını cəmiyyətin hazır qəlibləri qarşısında müdafiə etməlidirlər.
O bildirib ki, yaradıcı insanların yeni fikirlərlə çıxış etdiyi zaman hər zaman tənqid və təzyiqlərlə qarşılaşması mümkündür:
“Əsas məsələ yaradıcı insanın öz ideyasını qorxmadan, çəkinmədən, təzyiqlərə boyun əymədən müdafiə etməsidir”.
Fazil Mustafa tarixdə yenilikçi düşüncələri ilə seçilən şəxsiyyətləri xatırladaraq vurğulayıb ki, cəmiyyətin müqavimətinə baxmayaraq gələcəyə iz qoyan insanlar zaman keçdikcə dəyərləndirilir.
O, yaradıcı sahələrdə inkişaf üçün qətiyyət və fədakarlığın vacib olduğunu deyib:
“Bunlar olmayanda, ədəbiyyatda, kinoda, teatrda, elmin və sənətin bütün məqamlarında irəli gedişimiz, yeniliklərimiz mümkün olmayacaq”.
Fazil Mustafa fikirlərinin sonunda insanları öz mövqelərini qorumağa çağırıb və yazısında “Hara gedəcəyini bilməyən gəmiyə rüzgar da kömək etməz” ifadəsini qeyd edib.
Orxan











