Əhalisi 4 milyon azalıb

  • By Admin2
  • 15 İyul 2026 13:08

Rusiya Prezidenti Vladimir Putin 1990-cı illərdə ölkədə sosial sahənin, sənayenin və müdafiə kompleksinin ciddi şəkildə zəiflədiyini bildirib.

Gununsesi.info xəbər verir ki, Putin həmin dövrü xarakterizə edərkən “90-cı illərdə sosial sahəni, sənayeni və müdafiə sektorunu tamamilə dağıtdılar” ifadəsini işlədib.

Bununla yanaşı, sosial şəbəkələrdə və mediada 2000-ci ildən bu günə qədər Rusiyanın bəzi əsas göstəricilərindəki dəyişikliklər də müzakirə olunur.

Məlumatlara görə, 2000-ci ildə Rusiyanın əhalisi 147 milyon nəfər olduğu halda, hazırda bu göstərici 143 milyon nəfər təşkil edir.

Ölkədə məktəblərin sayı isə 68 min 100-dən 37 min 979-a enib. Xəstəxanaların sayı da 10 min 700-dən 5 min 44-ə düşüb.

Eyni zamanda, qəzalı vəziyyətdə olan yaşayış fondunun həcminin artdığı bildirilir. Belə ki, 2000-ci ildə 9 milyon kvadratmetr olan qəzalı mənzil fondu hazırda 24 milyon kvadratmetrə yüksəlib.

Gununsesi.info