Xəbər verdiyimiz kimi, Azərbaycanda təqaüdə çıxan vəkillərin pensiya təminatındakı fərqlər yenidən müzakirə mövzusuna çevrilib.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, vəkillərin pensiya təminatı digər hüquq peşələri ilə müqayisədə xeyli aşağı səviyyədədir.
Bu qeyri-bərabərliyin aradan qaldırılması üçün isə aidiyyəti dövlət qurumlarına mütəmadi müraciətlər edilir.
O bildirib ki, vəkillərin aldıqları pensiyalar digər hüquq peşələrində çalışan şəxslərin pensiyalarından xeyli aşağıdır və bu sahədəki qeyri-bərabərliyin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına mütəmadi müraciətlər edilir.
Anar Bağırovun sözlərinə görə, bu istiqamətdə mövcud olan qeyri-bərabərliyin aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumları ilə mütəmadi müzakirələr aparılır və rəsmi müraciətlər ünvanlanır.
Kollegiya sədri diqqətə çatdırıb ki, digər hüquq peşələrində çalışan şəxslər üçün staja görə əlavələr, eləcə də 60 yaşdan pensiyaya çıxmaq kimi güzəştlər nəzərdə tutulduğu halda, vəkillər bu imkanlardan yararlana bilmirlər.
Məsələ ilə bağlı tanınmış hüquqşünas Aslan İsmayılovGununsesi.info-ya danışıb.
O bildirib ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun vəkillərin təqaüdləri ilə bağlı qaldırdığı problem çox aktualdır və bunu dəfələrlə özü də qeyd edib:
“Əslində, birbaşa özüm də bundan əziyyət çəkdiyim üçün bu məsələnin üzərinə getmək istəmirdim. Ancaq bütün hallarda Kollegiya sədrinin qaldırdığı məsələ sıradan məsələ deyil. Hazırda da digər qurumlarla, yəni məsələn, prokurorluq işçiləri, məhkəmə işçiləri ilə vəkillərin təqaüdləri arasında olan fərq dəfələrlə çoxdur. Bu isə Azərbaycan Respublikasının Konstitusiyasını pozmaqdır. Bunun da səbəbi var. Vaxtı ilə bunun başında duran, yəni deyək ki, vaxtı ilə Maliyyə Nazirliyində, Sosial Müdafiə Fondunda, daha sonra Sosial Müdafiə Nazirliyində işləyən, bu ölkəyə ermənilər qədər ziyan vurmuş Səlim Müslümovun fırıldaqlarıdır. Zamanında Səlim Müslümov törətdiyi cinayətlərin açılmaması üçün baş prokuror Zakir Qaralov, Ali Məhkəmənin sədri Ramiz Rzayevin bütün göstərişlərə əməl edib. Belə bir şəxsə dövlət adından yüksək vəzifələr vermək olmaz.
Elmar












