“Berlin–Bakı münasibətlərində yeni mərhələ başlayıb”

“2026-cı ilin əvvəlindən Berlin–Bakı münasibətlərində yeni mərhələ başlayıb”.
Gununsesi.info bildirir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib:
“Son beş ildə ticarət dövriyyəsinin 68% artması bunu göstərir. Azərbaycanın Almaniyaya qaz ixracının artması bu dinamikanı daha da gücləndirəcək. Almaniya Avropada təbii qaza ən çox tələbatı olan ölkədir. Avropanın illik təxminən 500 milyard kubmetr qaz tələbatının təxminən 80 milyard kubmetri Almaniyanın payına düşür. Şimal Axını-1 və Şimal Axını-2 layihələri sıradan çıxdıqdan (partladıldıqdan) sonra Almaniyanın Rusiyadan gözlədiyi qaz həcmi reallaşmadı və ölkə alternativ mənbələrə yönəldi.
Düşünmürəm ki, Almaniyanın Azərbaycana marağı yalnız qazla məhdudlaşsın. Cənubi Qafqazda mövqeyini gücləndirmək istəyən hər ölkə Azərbaycanla iqtisadi və siyasi münasibətləri inkişaf etdirməyə çalışacaq. Almaniyada bu maraq var. Xüsusilə qeyri-neft sənayesi, yüksək texnologiyalar və müdafiə sənayesi üzrə birgə müəssisələrin yaradılması həm Azərbaycan, həm də Almaniya üçün faydalı olar”.
Günay