Natiq Cəfərli: “Problem yoxdursa, bizi ağılsız hesab etməsinlər”

  • Müəllif: Orxan
  • 27 İyul 2026 11:37

Rəsmi statistikaya əsasən, bu ilin ilk altı ayında Azərbaycana səfər edən turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb.

Gununsesi.info xəbər verir ki, Bakı hotellərində də azalmanın 30 faizdən çox olduğu bildirilir.

Ancaq Azərbaycan Turizm Agentləri Assosiasiyasının İdarə Heyətinin sədrinin müşaviri Müzəffər Ağakərimov vəziyyətin təhlükəli tendensiya kimi qiymətləndirilməsinin doğru olmadığını bildirib.

Onun sözlərinə görə, turist sayındakı azalmanın əsas səbəbləri dünyada baş verən müharibələr, iqtisadi böhranlar və digər fors-major hallardır.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli açıqlamasında rəsmi açıqlamaya etiraz edib.

“Rəsmilər nə istəyirlər desinlər, problem yoxdur, sadəcə bizi ağılsız hesab etməsinlər – bu, insana çox pis təsir edir. Bu ilin ilk altı ayında Gürcüstanda və Ermənistanda turist sayı artıb. Rəsmi şəxsin dediyi amillər niyə onlara təsir göstərmir, amma bizə ciddi təsir edir? Nədən insanları məntiqsiz, avam yerinə qoyursunuz?” – deyə Cəfərli bildirib.

Elmar

Gununsesi.info