Bəzən jurnalistlərin, ümumən isə digər insanların da sosial şəbəkələrdə qurumların onların ünvanladığı müraciətlərinə baxılmadığı, yaxud da gec baxıldığı deyilir.
Bəs bu, qanunidirmi?
Daha dəqiq, dövlət qurumu vətəndaşın qurumuna neçə günə cavab verməlidir?
Bu barədəGununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.
O bildirib ki, bir qayda olaraq, 30 iş günündən gec olmayaraq cavab verilməlidir:
“Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” Qanununa əsasən, dövlət orqanları daxil olmuş müraciətlərə müəyyən edilmiş müddətlərdə baxmalıdırlar. Adətən, müraciətə 30 iş günü ərzində cavab verilir. Əlavə araşdırma tələb olunarsa, müddət uzadıla bilər, lakin müraciət edən şəxs bu barədə məlumatlandırılmalıdır. Əgər müraciətin həlli daha qısa müddətdə mümkündürsə, dövlət orqanı cavabı gecikdirməməlidir. Başqa sözlə, dövlət qurumları vətəndaşın müraciətini cavabsız qoya bilməz və qanunla müəyyən edilmiş müddətlərə əməl etməlidirlər”.
Orxan












