Qızıl almaq istəyənlərin nəzərinə

  • Müəllif: Orxan
  • 01 Avqust 2026 12:47

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

Gununsesi.info birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 1,29% azalaraq 4 107 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 2,09% azalaraq 57.79 dolları təşkil edib.

Gununsesi.info