“Ferentsvaroş” “Qarabağ”dan futbolçu alır

Macarıstanın “Ferentsvaroş” komandası “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev ilə yaxından maraqlanır.

Gununsesi.info xəbər verir ki, 26 yaşlı futbolçu macar təmsilçisi ilə müqavilə imzalaya bilər.

Bildirilir ki, “Ferentsvaroş” Elvin üçün kifayət qədər böyük transfer məbləği qarşılığında heyətinə qatmağa yaxındır.

Sol cinah müdafiəçisi 2017-ci ilin yayından “Qarabağda”da top qovur.

 

 

Günay

Gununsesi.info