Lənkəranda açıq ərazilər yanır

  • Müəllif: Firuzə
  • 03 Avqust 2026 19:05

Lənkəran şəhəri, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın başlayıb.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Cənub Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Gununsesi.info