Nazir müavini Bakı Qızlar Universitetinin bağlanmasına münasibət bildirdi

  • Müəllif: Firuzə
  • 04 Avqust 2026 11:43

“Akreditasiya Şurasının qərarı hamıya məlumdur və Bakı Qızlar Universitetində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı proseslər davam edir. Bu prosesin ortasında hər hansı məsələləri şərh etmək düşünürəm ki, bir o qədər səmərəli deyil. Tələbələrin təhsilini davam etdirməsi üçün bu işlər tamamlanmalıdır”.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.

“Universitetin akademik heyətinin fəaliyyətinin davam etdirilməsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırda isə biz prosesin ilkin mərhələsindəyik. Tələbələrin yalnız bir universitetə köçürülməsi mümkün olmayacaq”, – H.Həsənli vurğulayıb.

Gununsesi.info