Mərkəzi Asiya ölkələri ilə münasibətlərimiz xüsusi əhəmiyyət kəsb edir -Kobaxidze

  • Müəllif: Firuzə
  • 05 Avqust 2026 18:00

“Son iki ay Gürcüstan hökuməti üçün xarici siyasət baxımından kifayət qədər fəal dövr olub və bu müddətdə əsas diqqət Mərkəzi Asiya istiqamətinə yönəldilib”.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

Kobaxidzenin sözlərinə görə, bu dövrdə Qazaxıstan, Qırğızıstan və Tacikistana yüksək səviyyəli üç rəsmi səfər həyata keçirilib, Özbəkistan və Türkmənistan prezidentlərinin də Gürcüstana səfərləri baş tutub.

Baş nazir vurğulayıb ki, xüsusilə mühüm hadisə Gürcüstanın Qazaxıstan və Özbəkistanla strateji tərəfdaşlıq sazişləri imzalaması olub:

“Bu sazişlər və ümumilikdə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq həm siyasi, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyır. Gürcüstan yeddi ölkəni Qara dəniz və bunun vasitəsilə Qərb məkanı ilə birləşdirən tranzit ölkədir və bu səbəbdən Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafı regional əlaqəliliyin gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir”.

İrakli Kobaxidze əlavə edib ki, Tbilisi bundan sonra da Mərkəzi Asiya ölkələri ilə həm siyasi, həm də ticari-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün bütün zəruri addımları atacaq.

Gununsesi.info