Bu gün “7Times.az” informasiya agentliyinin media məkanında fəaliyyətə başlamasından 6 il ötür.
Gununsesi.info xəbər verir ki, 6 il əvvəl fəaliyyətə başlayarkən “7Times.az” informasiya agentliyinin qarşılarına qoyduğu əsas məqsəd cəmiyyətə dəqiq, tərəfsiz, operativ və etibarlı xəbər çatdırmaq idi.
Ötən 6 il ərzində “7Times.az” sadəcə bir xəbər saytı olmadı; tərəfsiz informasiya məkanı, cəmiyyətin səsi və oxucularının inandığı bir media platformasına çevrildi.
Qazanılan hər bir uğurun, keçilən hər bir məsuliyyətli yolun arxasında isə oxucuların onlara sonsuz inamı dayanır.
Heç şübhə yoxdur ki, bundan sonra da “7Times.az dinamik fəaliyyətini davam etdirərək, daha böyük layihələrə və yeniliklərə imza atacaq.












