Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxs saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 490 qram narkotik vasitə marixuana və 1 810 ədəd psixotrop tərkibli “Metadon M-40” həbini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirməyə cəhd göstərən İran İslam Respublikasının vətəndaşı – 1975-ci il təvəllüdlü Hüseyn Novruz Ağapur saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.









