Bu gün dənizə gedənlərin nəzərinə!

  • Müəllif: Firuzə
  • 14 Avqust 2026 09:29

Bu gün Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanlıb.

Gununsesi.info  Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, çimərliklərdə şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.

Gununsesi.info