Əlilliyə görə sosial ödəniş alanların sayı açıqlandı

  • Müəllif: Firuzə
  • 17 Avqust 2026 10:45

Bu ilin iyul ayında Azərbaycanda əlilliyə görə 243,1 min nəfər pensiya, 221,5 min nəfər aylıq müavinət alıb.

Gununsesi.info bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, eyni zamanda 91,8 min nəfər əlilliyə görə Prezident təqaüdü alıb.

Gununsesi.info