Kolleclərə qeydiyyat prosesinə başlanılır

  • Müəllif: Firuzə
  • 17 Avqust 2026 11:34
Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır.

Bu barədə Gununsesi.info-ya ELm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeydiyyat prosesi my.gov.az platforması üzərindən 19 avqust saat 15:00 – 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək:

“Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur: Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır. Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər. 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini “SİMA rəqəmsal imza” ilə açmalıdırlar”.

Gununsesi.info