“Qarabağ” Duranın yerinə Macallisteri transfer etmək istəyir

“Qarabağ” FK transfer çalışmalarını davam etdirir. Ağdam təmsilçisi bu dəfə diqqətini hücum mövqeyinə yönəldib.

Gununsesi.info-nun məlumatına görə, “Qarabağ” 19 yaşlı avstraliyalı hücumçu Mathias Macallisteri transfer etmək istəyir.

Hazırda “Sydney FC”nin formasını geyinən Macallister mərkəz hücumçusu mövqeyində çıxış edir. Gənc futbolçu məhsuldarlığı və hücumdakı fəallığı ilə diqqət çəkir.

Macallisterin “Sydney FC” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Bu isə mümkün transfer zamanı “Qarabağ”ın Avstraliya klubu ilə danışıqlar aparmasını zəruri edir. Macallister transferinin reallaşıb-reallaşmayacağı isə danışıqların gedişindən asılı olacaq.

Qeyd edək ki, “Transfermarkt” portalına görə futbolçunun bazar dəyəri 150 min avrodur. 

 

 

Mina

Gununsesi.info