Lənkəranda avtomobil dərəyə aşıb, sürücü ölüb

  • Müəllif: Firuzə
  • 20 Avqust 2026 09:56

Lənkəranda avtomobil dərəyə aşması nəticəsində sürücü ölüb.

Gununsesi.info  xəbər verir ki, Diryan kənd sakini 1965-ci il təvəlüdlü Nuriyev İntiqam Ağarza oğlu idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə torpaq yolda idarəetməni itirib. Nəticədə avtomobil dərədən aşıb.

Sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info