TƏBİB Bakıda yerləşən 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağının antisanitar vəziyyətdə olmasına aydınlıq gətirib.
Gununsesi.info-nun sorğusuna cavab olaraq qurumdan bildirilib ki, sözügedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir.
“Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hissə isə hazırda istifadə edilmir və xəstəxananın fəaliyyət zonasına daxil deyil. Həmin ərazidən tibb personalı, həkimlər və pasiyentlər istifadə etmir”, – TƏBİB-dən qeyd olunub.(Ölkə.az)












