Türkiyədə avtobus qəzaya düşdü, 22 yaralı – Fotolar

  • Müəllif: Orxan
  • 22 Avqust 2026 13:16

Türkiyənin Afyonkarahisar vilayətində sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info İHA agentliyinə istinadən xəbər verir ki, qəza Sinanpaşa bölgəsi ərazisində qeydə alınıb.

İstanbuldan Antalyaya gedən avtobus yolayrıcılarından birində qeyri-müəyyən səbəbdən hasara çırpılaraq aşıb.

Qəza nəticəsində 22 nəfər xəsarət alıb. Hadisə yerinə dərhal polis bölmələri, tibb işçiləri və yanğınsöndürənlər gəlib.

Yaralılar ilkin yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıblar.