60 yaşlı qadını maşınla vurub öldürdü

  • Müəllif: Firuzə
  • 24 Avqust 2026 09:45

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə dünən saat 07 radələrində Sabunçu qəsəbəsi Şəhər şosesində qeydə alınıb.

1992-ci il təvəllüdlü Cəlilov Elvin Tofiq oğlu idarə etdiyi “Mercedes E 200” markalı avtomobillə “Red Oil” yanacaq doldurma məntəqəsininin yanında, üzü şəhər istiqamətində hərəkətdə olarkən yolu keçməyə çalışan Nağıyeva Mehriban Bəşir qızını vurub.

Nəticədə, 1966-cı il təvəllüdlü piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.

Gununsesi.info