“Bosch” müştərisinə zəmanət talonu verməyib: “Çap edib surətini də verə bilmərik” – ŞİKAYƏT

Vətəndaş yeni aldığı “Bosch” qabyuyan maşının quraşdırılması zamanı ona zəmanət talonunun təqdim edilməməsindən narazıdır.

O, zəmanətin elektron formada olduğunu bildirən servis əməkdaşlarının bu sənədin çap olunmuş surətini də vermədiyini deyir.

Gununsesi.info x xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, dünən “Bosch”un 6-cı seriyasından qabyuyan maşın alıb. Məhsulun 2 il zəmanəti olduğunu bildirən vətəndaş qeyd edib ki, bu gün quraşdırma üçün “Bosch” servisin əməkdaşları gəlib.

Vətəndaşın sözlərinə görə, servis əməkdaşları ona yalnız təhvil-təslim sənədi təqdim edib, zəmanət talonu verməyiblər.

O, servisə zəng edərək zəmanət talonunu tələb etdikdə isə ona zəmanətin elektron formada olduğu bildirilib.

“Deyirəm, o elektron zəmanəti çap edin, mənə surətini verin. Deyirlər ki, edə bilmərik. Neçənci əsrdə yaşayırıq ki, zəmanəti çap edə bilmirlər? Belə hal yaşayan olub?” – deyə vətəndaş bildirib.

 

 

Günay

Gununsesi.info