Kamran Əliyev çinli həmkarı ilə görüşdü - FOTO

  • Müəllif: Firuzə
  • 31 Avqust 2026 13:06

Bakıda Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında görüş keçirilib.

Gununsesi.info  xəbər verir ki, görüşdə Azərbaycan ilə Çinin prokurorluq orqanları arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli görüş keçirilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən hüquqi əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Gununsesi.info