Bakıda qardaş və bacı bir-birini bıçaqladı

  • Müəllif: Firuzə
  • 01 Sentyabr 2026 22:16
Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info Teleqraf-a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfərəli qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyindən bıçaqlayıb.

Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info