Paşinyan: Rusiya ilə münasibətləri inkişaf etdirməliyik

  • Müəllif: Firuzə
  • 01 Sentyabr 2026 23:30

Ermənistan Rusiya ilə münasibətlərin daha da dərinləşdirilməsində maraqlıdır.

Gununsesi.info -nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan regionda sülhün bərqərar olması fonunda ikitərəfli əlaqələrə yeni yanaşmanın vacibliyini bildirib.

Paşinyan bunu Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, son illərdə Ermənistan və region ətrafında vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Buna görə də Rusiya-Ermənistan münasibətlərinə əvvəlki münaqişə şəraitindən fərqli, yeni prizmadan yanaşmaq lazımdır.

Baş nazir qeyd edib ki, Ermənistanda çoxsaylı Rusiya şirkətləri uğurla fəaliyyət göstərir, yüksək gəlir əldə edir və vergi ödəyirlər. Bununla yanaşı, bəzi Rusiya şirkətlərinin gəlirsiz işlədiyini və inkişaf etmədiyini vurğulayan Paşinyan bu məsələlərin hər iki ölkə üçün problem olduğunu bildirib.

O, həmin şirkətlərin vəziyyətinin və mövcud problemlərin Rusiya ilə birlikdə müzakirə edilməsinin vacibliyini qeyd edib.

Gununsesi.info