Moskva vilayətində futbolçu Yeroşeviçin döyülərək öldürülməsi işi üzrə hökm çıxarılıb

  • Müəllif: Orxan
  • 02 Sentyabr 2026 12:18

Moskva vilayətinin Şçelkovski Məhkəməsi 20 yaşlı futbolçu Arseni Yeroşeviçin döyülərək öldürülməsi işi üzrə hökm çıxarıb.

Gununsesi.info xəbər verir ki, dörd əcnəbi vətəndaş məhkəmə qarşısına çıxarılıb: Zikrullo Nurulloeviç Kadirov, Şuxratdjon Fayziddinoviç Rəhimov, İslam İbrahimoviç Rüstəmov və Məhəmməd Murodoviç Yatimov.

Onlar ciddi rejimli cəzaçəkmə müəssisəsində 8,5 ildən 11 ilədək müddətə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, futbolçuya hücum 17 avqust 2025-ci ildə baş verib. 

Moskva vilayətinin Şçelkovo şəhərindəki gecə klubunda mübahisədən sonra “Russkaya Obşçina” həvəskar futbol klubunun oyunçusu Arseni Eroşeviç və dostu izdiham tərəfindən vəhşicəsinə döyülüblər.

Hücum edənlərdən biri idmançının başına zərbə endirib, nəticədə o yıxılıb, səkiyə çırpılıb və huşunu itirib. Lakin hücum edənlər davam ediblər. Dava nəticəsində Eroşeviç açıq kəllə sınığı, beyin hematoması və qırtlaq sınığı alıb. O, xəstəxanaya yerləşdirilib, iki əməliyyat keçirib və komaya düşüb. Futbolçu ötən il avqustun 23-də vəfat edib.

Maqsud

Gununsesi.info