Kiyevdə hava hücumu xəbərdarlığı elan edilməsi səbəbindən Ukrayna parlamentinin iclası zamanı deputatlardan zirzəmiyə enmələri istənilib.
Gununsesi.info xəbər verir ki, parlamentin spikeri Ruslan Stefançuk bu barədə Rada televiziya kanalında məlumat verib.
“Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib. Hamıdan təhlükəsiz yerlərə getmələrini xahiş edirəm”, – deyə qanunverici iclası kəsərək bildirib.
Onun sözlərinə görə, iclas 15 dəqiqədən sonra – paytaxtda hava hücumu sirenası qaldırıldıqdan sonra davam etməlidir. Stefançuk həmçinin deputatlara sığınacaqlarında olduqları müddətdə yeni səsvermə sistemini sınaqdan keçirməyi təklif edib.
Maqsud










