ChatGPT “çökdü”

  • Müəllif: Şəbnəm
  • 03 Sentyabr 2026 21:40

Dünyanın bir çox ölkəsində OpenAI şirkətinə məxsus ChatGPT çat-botunun fəaliyyətində ciddi problemlər qeydə alınıb. İstifadəçilər süni intellekt platformasına daxil olmaqda və xidmətdən istifadə etməkdə çətinlik çəkiblər.

“Downdetector” monitorinq xidmətinin göstəricilərinə əsasən, təkcə ABŞ-də 35 minə yaxın istifadəçi sistemdəki xətalardan şikayət edib. Müraciət edənlərin böyük əksəriyyəti, yəni 80 faizi veb-saytın işində kəsintilərlə qarşılaşıb. İstifadəçilərin 7 faizi isə analoji problemi mobil tətbiqdə yaşadıqlarını bildiriblər.

Nəzərə alsaq ki, problem təkcə Amerikayla məhdudlaşmır. Avropa ölkələrində də analoji vəziyyət hökm sürür.

Böyük Britaniyadan 12 minə yaxın, Fransadan isə 5 mindən çox istifadəçi platformanın sıradan çıxdığını təsdiqləyib.

Süni intellekt gigantı tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.